Bank Of Baku

«Bank of Baku» «Bolkart» istifadəçiləri üçün yeni güzəştli nağdlaşdırma kampaniyası keçirir

«Bank of Baku» «Bolkart» istifadəçiləri üçün yeni güzəştli nağdlaşdırma kampaniyası keçirir
# 04 fevral 2013 10:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC fəaliyyətinin 19 illiyi münasibətilə «Bolkart» istifadəçiləri üçün yeni nağd pul kampaniyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, fevralın 4-14-də hər «Bolkart» sahibi kartından nağd pul çıxara bilər.

 

Kartlarındakı vəsaitləri nağdlaşdıranlar 3 ay möhlət müddəti, yəni mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmaya görə komissiya haqqı isə 4%-dir. Mayın 10-dan sonra ödənilməmiş qalıq məbləğə görə aylıq 2,5% tutulacaq. Ticarət mərkəzlərində və bankın filiallarında verilən 500 manat hazır limitli «Bolkart»larda nağdlaşdırma mümkün deyil.

 

Yeni nağdlaşdırma kampaniyası «Bolkart»ın əhalinin daha geniş təbəqələri arasında yayılması strategiyasının yeni bir mərhələyə qədəm qoyduğu dövrə təsadüf edir. Belə ki, bu günlərdə kartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin toplam sayı artıq 500-ü aşıb, «Bolkart»a malik şəxslərin sayı isə 55 minə yaxınlaşıb. Müştərilərin müxtəlif çeşidli və daha böyük məbləğdə alış-veriş etməsinə şərait yaratmaq üçün bu günlərdə «Bolkart»ın maksimal balansı 3 min manatdan 5 min manata qədər artırılıb. Eyni zamanda artıq arayışsız «Bolkart»ı təkcə ticarət mərkəzlərindəki «Bank of Baku»nun xüsusi məntəqələrindən deyil, habelə bankın bütün filiallarından əldə etmək mümkündür.

 

«Bolkart»ı həm onlayn rejimdə (http://www.bolkart.az), həm də «Bank of Baku»nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar. «Bolkart» - tamamilə pulsuz, bərpa olunan limitli bir kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar.

 

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR