Bank Of Baku

«Bank of Baku» «Facebook» istifadəçilərinə kredit verəcək - FOTO

«Bank of Baku» «Facebook» istifadəçilərinə kredit verəcək - <span style="color: red;">FOTO
# 30 yanvar 2013 08:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bankçılıq tarixində ilk dəfə olaraq «Bank of Baku» ASC yeni «Facebook Fan Kredit» layihəsinə başlayır. Bankdan «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində «Facebook» sosial şəbəkəsinin hər bir istifadəçisi müəyyən meyarlara uyğun gəldikdə «Facebook Fan Kredit» ala biləcək.

 

Bu kredit növünü almağa iddialı şəxsin azı 20 yaşı olmalı və «Facebook»dan istifadə müddəti minimum 6 ay təşkil etməlidir. İstifadəçi «Bank of Baku»nun korporativ sosial şəbəkə saytını bəyənməlidir (like). «Fan Kredit»i almaq niyyətində olan istifadəçilər «Bank of Baku»nun «Facebook» səhifəsində yerləşdirilmiş, xüsusi hazırlanmış proqramda anketi doldurmaqla kredit üçün namizədliyini təsdiqləmiş olur.

 

«Facebook Fan Kredit»in əsas fərqli cəhətləri sırasında müştərilərin daha yüksək məbləğdə arayışsız nağd kredit əldə etmək imkanı, kredit məbləğinin müəyyənləşdirilməsində maliyyə göstəriciləri ilə yanaşı, onun «Facebook» səhifəsindəki məlumatları, şəbəkədəki aktivliyi və dostlarının sayının meyar kimi çıxış etməsi, müştərinin dostlarının ona kredit üzrə faiz dərəcəsində yüksək endirim əldə etməsində dəstək olması («like» saylarına görə kreditin illik faizində endirimlər nəzərdə tutulur), müraciət edənlərin sifarişləri müraciət müəllifi banka gəlmədən ilkin təhlil olunacaq və tam növbəsiz kredit almaq imkanı əldə edəcək. Layihənin başlanma tarixi barədə əlavə məlumat veriləcək.

 

«Facebook Fan Kredit» layihəsi ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR