Bank Of Baku

«Bank of Baku» əmanətçiləri üçün xüsusi güzəştlər proqramı hazırlayıb

«Bank of Baku» əmanətçiləri üçün xüsusi güzəştlər proqramı hazırlayıb
# 28 mart 2013 07:41 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC əmanətçilərin bank məhsullarından imtiyazlı şərtlərlə faydalanmasını təmin etmək məqsədilə yeni «Əmanət Klubu» layihəsinə start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu kluba əmanət tarixçəsi ən azı 12 ay olan hər bir əmanətçi üzv ola bilər.

 

Klub üzvləri bankla əməkdaşlıq müddətinə görə 3 qrupa bölünür ki, bunlar «Prestij» (bankda əmanət tarixçəsi 12 aydan 36 aya qədər olan əmanətçilər), «Lüks» (bankda əmanət tarixçəsi 36 aydan 60 aya qədər olan əmanətçilər) və «Elit» (bankda əmanət tarixçəsi 60 aydan çox olan əmanətçilər) qruplardır.

 

Hər qrup daxilində əmanətlərin məbləğinə görə 3 kateqoriya mövcuddur. Hər qrupa uyğun əmanətçilərə xüsusi kartlar və imtiyazlar nəzərdə tutulub. Kartın növündən asılı olaraq müştəri müxtəlif güzəştlərdən yararlana biləcək. Bura «Əmanət Klubu» üzvü üçün müxtəlif bonus faizləri, güzəştli şərtlərlə əmanətə bağlı kredit, pulsuz «SMS bankçılıq» və «İnternet bankçılıq» xidmətləri daxildir.

 

Müştərinin bankla əmanət tarixçəsi 2005-ci ildən etibarən sayılır və fasilələr tarixçə kimi nəzərə alınmır.

 

«Əmanət Klubu» barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: www.bankofbaku.com/az/savings-club/savings-club-for-clients.html.

 

Xatırladaq ki, 2013-cü il fevralın sonuna «Bank of Baku»nun əmanət portfelinin həcmi 288 mln. manatdan artıq olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 49% çoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR