Bank Of Baku

«Bank of Baku» sosial şəbəkə istifadəçilərinə güzəştli kreditlər verəcək

«Bank of Baku» sosial şəbəkə istifadəçilərinə güzəştli kreditlər verəcək
# 25 fevral 2013 13:26 (UTC +04:00)

 

Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC bir qədər öncə anons etdiyi «Facebook fan kredit» layihəsinin icrasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, layihə çərçivəsində hər bir «Facebook» istifadəçisi müəyyən meyarlara uyğun gəldikdə «Facebook fan kredit»i ala bilər.

 

Bu növ krediti almaq niyyətində olan şəxsin azı 20 yaşı olmalı və «Facebook»dan istifadə müddəti minimum 6 ay təşkil etməlidir. İstifadəçi «Bank of Baku»nun korporativ sosial şəbəkə saytını (www.facebook.com/bankofbaku) bəyənməlidir (like). «Fan» krediti almaq niyyətində olan istifadəçilər Bankın «Facebook» səhifəsində yerləşdirilmiş anketi doldurmaqla fan-kredit üçün namizədliyini təsdiqləmiş olur.

 

«Facebook fan kredit»in müştərilərin daha yüksək məbləğdə arayışsız nağd kredit və «Bolkart» əldə etmək imkanı, kredit məbləğinin müəyyənləşdirilməsində maliyyə göstəriciləri ilə yanaşı, onun «Facebook» səhifəsindəki məlumatlarının, şəbəkədəki aktivliyinin və dostlarının sayının meyar kimi çıxış etməsi, müştərinin dostlarının ona kredit üzrə faiz dərəcəsində yüksək endirim əldə etməsində dəstək olması («səs»lərin saylarına görə kreditin illik faizində endirimlər nəzərdə tutulur) kimi əsas fərqli cəhətləri var.

Müraciət edənlərin sifarişləri müraciət müəllifi banka gəlmədən ilkin təhlil olunacaq və əvvəlcədən ona təyin olunmuş vaxtda banka yaxınlaşaraq tam növbəsiz kredit almaq imkanı əldə edəcək.

 

Hazırda «Bank of Baku»nun əsas «Facebook» səhifəsinin 60 minə yaxın ziyarətçisi var. Sosial şəbəkələrdə fəallığı ilə seçilən «Bank of Baku» bu yaxınlarda bir neçə yerli nəşrlər tərəfindən keçirilən sorğularda «Facebook» istifadəçiləri tərəfindən ən populyar bank elan edilib.

 

«Facebook fan kredit» layihəsi ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR