Bank Of Baku

«Bank of Baku» təhsil işçiləri üçün güzəştli kredit kampaniyası keçirir

«Bank of Baku» təhsil işçiləri üçün güzəştli kredit kampaniyası keçirir
# 03 oktyabr 2013 11:42 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank of Baku» ASC Müəllimlər Günü ilə əlaqədar Azərbaycanın təhsil işçiləri üçün «Müəllimlərə kreditimiz özəl, hədiyyəmiz gözəl» kampaniyasına başlayır. Kampaniya çərçivəsində təhsil müəssisələrində çalışan, həmçinin digər müəssisələrdə təhsil sahəsi üzrə fəaliyyət göstərən müştərilər nağd pul krediti rəsmiləşdirdikdə «İdeal» mağazalar şəbəkəsində keçərli olan hədiyyə kuponu da əldə edəcəklər.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, təhsil işçiləri üçün kredit illik 3,5% endirimlə, maksimum 10 min manat məbləğində, 34 ayadək müddətə təqdim olunur, həmçinin xüsusi hədiyyə kuponu verilir.

 

«Ürəyiniz istəyən kredit» kampaniyası çərçivəsində kreditin hər 1000 manatı üçün əsas məbləğ, komissiya haqqı və faizlər daxil olmaqla aylıq ödəniş cəmi 45 manatdan başlayır. Bankın təkrar müştəriləri və tərəfdaş müəssisələrin işçiləri bu kreditdən arayışsız yararlana bilər. Müştəriyə veriləcək hədiyyəli kuponun dəyəri 100 manata qədərdir və dəqiq məbləğ rəsmiləşdirilmiş nağd pul kreditinin miqdarından asılı olacaq.

 

Hədiyyə kuponu əldə etmiş müştəri ən dəbli ətriyyat məhsullarını ala bilər. Kupondan istər müştəri özü, istərsə də kuponu hədiyyə etdiyi şəxs yararlana bilər. Lakin hər hədiyyə kuponu yalnız 1 dəfə istifadə oluna bilər. Kuponlar dekabrın 20-dək etibarlıdır.

 

Kampaniya oktyabrın 31-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR