Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar xanımlar üçün pul və istehlak kreditlərinə 3%-lik endirim elan edib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 2-7-də Azərbaycan vətəndaşı olan hər bir xanım istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirim fürsətindən faydalana bilər.
Bundan başqa, bu tarixdə kredit rəsmiləşdirən hər bir xanıma «Bank of Baku» tərəfindən 3 sürpriz nəzərdə tutulur. Sürpriz paketinə «Bolkart», «İdeal» kredit kartı, həmçinin 20 manat dəyərində «İdeal» hədiyyə kuponu daxilidir. Kreditin maksimal həddi 5 min manatdır. «Bolkart»la ölkənin 600-dən çox mağazasında alış-veriş edib, haqqını hissə-hissə ödəmək mümkündür. «İdeal» kartı ilə isə «İdeal» mağazalar şəbəkəsindən ən müasir parfümeriya və kosmetika məhsullarını almaq olar.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Eyni zamanda, www.bankofbaku.com saytına və ya www.facebook.com/bankofbaku.com səhifəsinə baş çəkmək yetərlidir.