Bakı - APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC tərəfdaşı olan «Embawood» şirkəti ilə birgə yeni kampaniyaya start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniyadan hər bir «Bolkart» sahibi bəhrələnə bilər.
Kampaniya çərçivəsində «Madeyra» mağazalarında aprelin 20-dək 1300-2000 manat dəyərində alış-verişə görə mətbəx robotu, 2000-3000 manat dəyərində alış-verişə görə su filtrli tozsoran və ətçəkən, 3000-3500 manat dəyərində alış-verişə görə paltaryuyan və ya 82 ekran LCD televizor, 3600 manatdan daha çox alış-veriş edənlərə isə soyuducu hədiyyə olunacaq.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Madeyra» salonunun 126, həmçinin «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.