Bank Of Baku

«Bank of Baku»nun «Box’ça» məhsulunu artıq 2 mindən çox istehlakçı əldə edib

«Bank of Baku»nun «Box’ça» məhsulunu artıq 2 mindən çox istehlakçı əldə edib
# 16 yanvar 2013 09:25 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC tərəfindən 2012-ci ilin sonunda dövriyyəyə buraxılan «Box’ça» məhsulunu bu günə kimi 2 mindən çox istehlakçı əldə edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Box’ça»ların satışına «Səbət» marketlər şəbəkəsinin bir neçə mağazasında başlansa da, artıq bütün «Səbət» marketlərdə, bu yaxınlarda isə Bakının bir sıra digər ticarət obyektlərində müştərilər «Bank of Baku»nun bu məhsulunu əldə edə bilər.

 

Xatırladaq ki, yaşı 20-dən az olmayan hər bir Azərbaycan vətəndaşı «Səbət» marketlərində 20 manat məbləğində alış-veriş edib müvafiq qəbzlə və yaxud cəmi 1 manat ödəməklə «Box’ça» adlı xüsusi qutu ala bilər. «Box’ça» layihəsi əsasında əldə edilən xüsusi qutularda «Bolkart» hissə-hissə ödəniş kartı və ya pul krediti kartları, kartların aktivləşdirilmə şərtləri və aktivləşdirmək üçün ünvanlar  yerləşdirilib. «Box’ça» qutusunu təqdim edən şəxs nağd pul kreditinə - 2%-lik endirim əldə edir.

 

Ödəniş etməklə «Box’ça»nı əldə etmiş şəxslər kartları aktivləşdirmək üçün onlara təqdim edilmiş siyahıda göstərilən bankın filiallarına, digər kredit təhlil məntəqələrinə, o cümlədən «Səbət» marketlərdəki bankın xüsusi kredit ekspertlərinə müraciət etməlidirlər. Kartların aktivləşdirilməsi üçün tələb olunan sənəd yalnız şəxsiyyət vəsiqəsidir.

 

«Box’ça» layihəsi çərçivəsində verilən «Bolkart» ilə «Səbət» marketlərində, eyni zamanda Bakıdakı tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası və mebel mağazalarında, habelə restoran və digər ticarət obyektlərində alış-veriş etmək mümkündür. Bu kartla alış-veriş edib, haqqını 1, 3, 6 və ya 12 ay ərzində bərabər hissələrlə banka ödəmək mümkündür. Artıq 50 minə yaxın vətəndaş gündəlik ehtiyaclarını ödəmək üçün «Bolkart»dan istifadə edir.

 

«Box’ça» layihəsi əsasında əldə olunan pul krediti kartı 6 ay müddətinə sərfəli faiz dərəcələri ilə rəsmiləşdirilən 500 manatlıq kredit məbləğidir. Kredit məbləği kartda ayrılır və müştəri növbəti gündən etibarən vəsaiti nağdlaşdıra bilər. Bankın təkrar müştəriləri və rəsmi iş yeri olan şəxslər daha iri məbləğdə pul kredit kartı əldə edə bilər.

 

«Box’ça»dakı kartları Bakı, Sumqayıt və Abşeronda 40-dan çox məntəqədə və «Bank of Baku» filiallarında aktivləşdirmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR