Bank Of Baku

«Bank of Baku»nun plastik kartları ilə rekord sayda nağdsız əməliyyat aparılıb

«Bank of Baku»nun plastik kartları ilə rekord sayda nağdsız əməliyyat aparılıb
# 15 fevral 2013 12:52 (UTC +04:00)

 

Bakı - APA-Economics. Fevralın 14-də Azərbaycanın «Bank of Baku» ASC-nin «Bolkart», «İdeal», «Mybrand’s» hissə-hissə ödəniş kartları ilə rekord sayda nağdsız əməliyyat həyata keçirilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, həmin gün ümumilikdə 5 mindən artıq nağdsız əməliyyat aparılıb.

 

Xatırladaq ki, «Bank of Baku» fevralın 14-də müştərilər üçün xüsusi kampaniyalar keçirib. Həmin gün «Bolkart» sahibləri hər hansı məhsulu alıb, onun dəyərini 14 ay ərzində bərabər hissələrlə ödəmək imkanı, «İdeal» mağazalar şəbəkəsində 30%-dək endirim və digər fürsətlər əldə ediblər.

 

«Bank of Baku»nun plastik kartları vətəndaşlar arasında getdikcə daha çox populyarlaşır. Ötən il Azərbaycanda buraxılmış bütün kredit kartlarının 60%-i «Bank of Baku»ya məxsus olub. Banka məxsus kredit kartlarının əksəriyyətini «Bolkart», loyal müştərilərə verilən «Dostlar Klubu» kartları, «Visa» və «MasterCard» kredit kartları, «Mybrand’s» və «İdeal» kobrend kredit kart növləri təşkil edir», - deyə Bankın məlumatında bildirilir.

 

«Bank of Baku»nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR