Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-dən nağd kredit alarkən, kreditin faiz dərəcəsi və komissiya haqqını müştəri özü müəyyən edə bilər. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kreditin rəsmiləşdirilməsi zamanı ödənilən komissiya haqqının bir hissəsini ümumi illik faiz dərəcəsinə əlavə etmək mümkündür. Bu da krediti rəsmiləşdirərkən istehlakçıların xərclərini azaltmağa imkan yaradır.
Bu imkanlara komissiya haqları 2%-dən az və 4%-dən çox olmayan hallarda baxılır, başqa sözlə, müştərinin istəyi ilə komissiya haqqının 2%-nin əsas illik faiz dərəcəsinə əlavə edilməsi mümkündür.
Çevik komissiya haqqı 1%-dək olduqda, bu yenilik mikro və aqrar kreditləri alanlar üçün də şamil oluna bilər.