Bank Of Baku

«Bank Respublika»nın aktivləri 28% artıb

«Bank Respublika»nın aktivləri 28% artıb
# 02 avqust 2013 07:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC-nin aktivlərinin həcmi 2013-cü il iyulun 1-nə 426,854 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,1% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 14,5% artaraq 241,449 mln. manat təşkil edib. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 26,8% artaraq 8,518 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,3 faiz bəndi azalaraq 3,5%-ə düşüb.

 

Bankın depozit portfeli son bir ildə 48,2% artaraq 266,163 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 97,378 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,9% azdır.


Son bir ildə bankın məcmu kapitalı 4,9% azalaraq 54,336 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 37,461 mln. manat təşkil edib.


Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il iyulun 1-nə 65 433-ə bərabər olub ki, bu da illik müqayisədə 5,8% çoxdur. O cümlədən, debet kartların sayı 20,4% artaraq 31 331-ə, kredit kartların sayı 4,8% azalaraq 34 102-yə çatıb.


Hazırda bankın ölkə üzrə 30 filialı, 52 bankomatı, 761 POS-terminalı fəaliyyət göstərir. Bankın 603 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR