Bank Of Baku

«Bank Silk Way» nizamnamə kapitalını artırır

«Bank Silk Way» nizamnamə kapitalını artırır
# 03 sentyabr 2013 08:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Bank Silk Way» ASC-nin hər birinin nominal dəyəri 143 manat olan 679 230  ədəd adi sənədsiz adlı səhmlərinin AZ1005000463 seriyalı buraxılışı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.

 

Yerləşdirmə «Bank Silk Way»in hər birinin nominal dəyəri 138 manat olan 679 230 ədəd hazırkı adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 3,6% artaraq 97 129 890 manata çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR