Bank Of Baku

"Bank Silk Way" ötən ili mənfəətlə başa vurub

 "Bank Silk Way" ötən ili mənfəətlə başa vurub
# 30 yanvar 2018 12:31 (UTC +04:00)

2018-ci ilin  yanvarın 1-nə “Bank Silk Way” ASC-nin aktivlərinin həcmi 480,383 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,9% çoxdur.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 9,9% artaraq 424,028 mln. manat olub.

 

Bankın depozit portfeli 2017-ci ilin 12 ayı ərzində 42,2% artaraq  241,813 mln. manata olub. Hesabat dövründə əhalinin əmanətləri 201 mln. 233 min manat təşkil edib ki, bu da 1 il əvvəl ilə müqayisədə 28,9% çoxdur.  

 

Bir il ərzində bankın məcmu kapitalı 6,7% artaraq  124 mln. 292,54 min  manat çatıb. Hesabat dövründə bankın nizamnamə kapitalı 3,01% artaraq 104 mln. 601,420 min manat təşkil edib.

 

Bu ilin yanvarın 1-nə bankın gəlirləri 43, 856 mln. manat, xərcləri 11,751 mln. manat təşkil edib. Başqa sözlə, 1 il ərzində gəlirlər 1,66% artıb.

 

Ötən il bankın əldə etdiyi mənfəət 1 mln. 600 min 480 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR