Bakı. Nicat Mustafayev – APA-Economics. Qarşıdan gələn bayramlarla əlaqədar «Bank Standard» QSC plastik kart satışlarında endirim elan edib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 1-dən 31-dək ISIC, IYIC, ITIC və «GəncKart» plastik kartların hər birini 8 manata əldə etmək olar. Qiymətlər 1 illik kartlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, ötən ilin martın 1-dən 8-dək davam edən «8 Marta qədər - cəmi 8 manata!» aksiyası çərçivəsində əldə olunan bütün plastik kartları da 8 manat ödəməklə yeniləri ilə əvəz etmək olar.