Bakı – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC bank vasitəsi ilə pul köçürmələri həyata keçirən müştərilərə mobil rabitə sistemində danışıq vaxtı hədiyyə edəcək.
«Bank Standard»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın istənilən filialında hər 500 USD/EUR və ya 15 000 RUR məbləğində beynəlxalq pul köçürməsi edən («Zolotaya Korona» pulköçürmə sistemi istisna olmaqla) müştəriyə şəbəkədaxili 15 dəqiqə pulsuz danışıq vaxtı hədiyyə olunacaq. Bir ay ərzində maksimal hədiyyə vaxtı 200 dəqiqə təşkil edir. Qazanılan bonus dəqiqələri əməliyyat günündən sonrakı, növbəti iş günündə müştərinin balansına yüklənilir.