Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Technique» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 418,741 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,5% azdır.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 50,5% azalaraq 215,374 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 26,686 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 3,5% çoxdur. Bankın depozit portfeli 2012-ci ildə 45,1% azalaraq 186,027 mln. manata düşüb.
Ötən il ərzində bankın məcmu kapitalı 57,5% azalaraq 42,129 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 64,755 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 32 filialı, 71 bankomatı, 4 536 POS-terminalı fəaliyyət göstərir.