Bank Of Baku

«Bolkart» istifadəçiləri üçün 8 Mart bayramı ilə əlaqədar yeni güzəştlər təqdim olunur

«Bolkart» istifadəçiləri üçün 8 Mart bayramı ilə əlaqədar yeni güzəştlər təqdim olunur
# 01 mart 2013 07:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Bolkart» istifadəçiləri üçün 8 Mart - Qadınlar günü münasibətilə «İdeal» şirkəti ilə birgə yeni kampaniyaya start verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 1-dən 10-dək «Bolkart»lılar «İdeal» mağazalar şəbəkəsində 35%-dək endirim əldə edir.

 

Üstəlik, həmin tarixlərdə 100 manat və daha çox məbləğdə alış-veriş etmiş «Bolkart» sahibləri kartlarındakı vəsaiti martın 1-15-də nağdlaşdıra bilər. «Bolkart» sahibləri nağdlaşdırılmış vəsaitlər üzrə aprelin 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmaya görə komissiya haqqı 2,5%-dir.

 

«Bolkart» pulsuz və limiti bərpa olunan bir kredit kartıdır. «Bolkart»dan «Bank of Baku» ilə tərəfdaş olan 600-dən çox tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Alınan malın dəyərini 1, 3, 6 və ya 12 aya bölüb bərabər hissələrlə ödəməyə imkan verən «Bolkart»ı artıq 65 mindən çox şəxs əldə edib. «Bolkart»ı həm onlayn rejimində (http://www.bolkart.az), həm də «Bank of Baku»nun hər bir filialında sifariş etmək olar.

 

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkə səhifəsinə baş çəkmək mümkündür.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR