Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Baku» ASC 2013-2014-cü tədris ili ilə əlaqədar «Bolkart» istifadəçiləri üçün növbəti nağd pul kampaniyasına start verir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 2-6-da «Bolkart» sahibləri bir çox gündəlik ehtiyaclarını, o cümlədən övladlarının dərs qayğılarını bu nağdlaşdırma imkanı ilə qarşılaya bilər.
Bu tarixlərdə kartından pul çıxaran «Bolkart» sahibləri oktyabrın 10-dək əlavə xərcsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı 3%-dir. Nağdlaşdırmanın limiti isə 1 000 manat təşkil edir. Qeyd edək ki, oktyabrın 10-dan sonra ödənilməmiş məbləğə görə aylıq 2,5% tutulacaq.