Bank Of Baku

«Bolkart» istifadəçilərinin sayı 50 mini keçib

«Bolkart» istifadəçilərinin sayı 50 mini keçib
# 24 yanvar 2013 06:47 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin kredit kartı olan «Bolkart» istifadəçilərinin ümumi sayı artıq 50 min həddini keçib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu rəqəm son zamanlar sürətlə çoxalan Azərbaycanın müxtəlif kredit kartları arasında ən yüksək göstəricidir.

 

«Bank of Baku»ya məxsus olan «Bolkart» hissə-hissə ödənişli ilk kredit kartıdır.  «Bolkart» 2011-ci ilin sonunda dövriyyəyə buraxıb. «Bolkart»ın əsas üstünlüyü alınan malın dəyərini 1, 3, 6 və ya 12 aya bərabər hissələrə bölüb ödəmək imkanından ibarətdir. «Bolkart» pulsuzdur və kartı aktivləşdirdikdə hesabdan heç bir komissiya haqqı tutulmur.

 

Bu gün «Bolkart»la ölkənin 500-dən çox dükan və ticarət mərkəzlərində alış-veriş etmək mümkündür. Bu kredit kartı ilə tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə alış-veriş etmək olar. «Lakin «Bolkart» sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir. «Bolkart»ın balansı 3 min manata qədər olur», - deyə Bankdan bildirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR