Bakı - APA-Economics. «Bank of Baku» ASC nağdsız ödənişləri stimullaşdırmaq məqsədilə «Bolkart» sahibləri üçün yeni mükafatlandırma aksiyasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, dörd həftə ərzində «Bolkart» ilə məbləğ etibarilə ən çox alış-veriş edən toplam 240 nəfər «Park Cinema-Amburan» yay kinoteatrına bilet qazanacaq.
Hər həftə 60 ən fəal «Bolkart» sahibi mükafatlandırılacaq. Hər qalibə 2 ədəd bilet təqdim olunacaq. Həftənin qalibi olmuş müştərilər növbəti həftələr də qalib ola bilərlər.
Bildirilir ki, Azərbaycan Mərkəzi Bankının nağdsız ödənişlər üzrə may hesabatına əsasən, «Bank of Baku» nağdsız ödənişlər üzrə ölkə bankları arasında lider olub.
Hazırda 130 minə yaxın Azərbaycan vətəndaşı «Bolkart»la gündəlik alış-veriş edir, kartdakı vəsaiti nağdlaşdırır və digər imtiyazlardan istifadə edir.