Bakı - APA-Economics. Azərbaycanda nağdsız ödəmələri təşviq etmək məqsədi ilə «Bank of Baku» ASC «Bolkart» kredit kart müştərilərinə mobil danışıq balansını hədiyyə edir.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, martın 19-21-də «Bolkart»la hər 100 manatlıq alış-verişə görə kart sahiblərinin mobil telefon nömrəsinə 21 dəqiqəlik danışıq haqqı yüklənəcək. Alış-verişin məbləği artdıqca, müvafiq olaraq danışıq haqqı da artacaq.
Hədiyyəli mobil danışıq balansı müştərinin bankda qeydiyyatda olan mobil telefon nömrəsinə yüklənəcək. Hədiyyəli balans martın 31-də 1 dəqiqə=5 qəpik hesabı ilə manat ekvivalentində köçürüləcək.
Xatırladaq ki, Azərbaycanın aparıcı nağdsız dövriyyə kartı olan «Bolkart» alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir. «Bolkart»ı qısa müddət ərzində artıq 75 minə yaxın ölkə vətəndaşı əldə edib və bu rəqəm dinamik şəkildə artır. Bu gün «Bolkart»la ölkənin 600-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür. «Bolkart»ı həm onlayn rejimdə (www.bolkart.az), həm də «Bank of Baku»nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar. Ətraflı məlumatı 145 nömrəli Məlumat Mərkəzində və www.facebook.com/bolkart səhifəsində almaq olar.