Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Brand Credit» bank olmayan kredit təşkilatının təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir. İstiqrazların tədavül müddəti 1 080 gün, istiqrazlar üzrə gəlirlik illik 14%, faiz ödəniş dövrünün müddəti isə 30 gün təşkil edir.
Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» MMC çıxış edəcək. İstiqrazlar kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdiriləcək.