Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dekabank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 59,282 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəlinə nisbətən 24,3% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,0% artaraq 46,588 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 17,750 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 2,2% azdır.
Bankın depozit portfeli 2012-ci ildə 2,6 dəfə artaraq 18,865 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 16,116 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,7 dəfə çoxdur.
Ötən il ərzində bankın məcmu kapitalı 19,2% azalaraq 14,105 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 13,417 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 7 filialı, 2 bankomatı, 17 POS-terminalı fəaliyyət göstərir. Bankın 102 işçisi var.