Bank Of Baku

«Dəmirbank»ın aktivləri ötən il ərzində 7% artıb

«Dəmirbank»ın aktivləri ötən il ərzində 7% artıb
# 04 fevral 2013 14:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 383,155 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,2% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,9% artaraq 281,223 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 95,881 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 34,9% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 0,8% artaraq 12,828 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 0,2 faiz bəndi azalaraq 4,6%-ə düşüb.

 

Bankın depozit portfeli 2012-ci ildə 12,8% artaraq 167,472 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 145,472 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 29,1% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 10,6% artaraq 55,924 mln. manat, o cümlədən nizamnamə kapitalı dəyişməz qalaraq 21,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 11,3% artaraq 37 050, o cümlədən fiziki şəxslərin sayı 11,6% artaraq 36 007, hüquqi şəxslərin sayı 2,7% artaraq 1 007 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 23 228-ə bərabər olub ki, bu da illik müqayisədə 24,9% azdır. O cümlədən, debet kartların sayı 2012-ci ildə 14,6% azalaraq 18 813-ə, kredit kartların sayı 2 dəfə azalaraq 4 415-ə çatıb.

Hazırda bankın ölkə üzrə 31 filialı, 60 bankomatı, 1 958 POS-terminalı fəaliyyət göstərir. Bankın 885 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR