Bank Of Baku

«Dəmirbank»ın qeyri-faiz zərəri 35% artıb

«Dəmirbank»ın qeyri-faiz zərəri 35% artıb
# 28 yanvar 2014 10:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 62,320 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 21,3% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 19,1% artaraq 57,312 mln. manata çatıb.

 

Bankın hesabatına əsasən, ötən il ərzində «Dəmirbank» 5,008 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 58,3% çoxdur.

 

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 54,310 mln. manat, qeyri-faiz gəlirləri 8,010 mln. manat, faiz xərcləri 23,176 mln. manat, qeyri-faiz xərcləri isə 34,136 mln. manata bərabər olub. Nəticədə, ötən ilin yekununda bankın faiz mənfəəti 32,3% artaraq 31,134 mln. manat, qeyri-faiz zərəri isə 35,2% artaraq 26,126 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR