Bank Of Baku

«Əmrah Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Əmrah Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 15 mart 2013 12:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Əmrah Sığorta» ASC-nin adi sənədli adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 1 310 ədəd, emissiyanın ümumi həcmi isə 262 min manat təşkil edir. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 5,5% artaraq 5 mln. manata çatacaq.

 

Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Əmrah Sığorta» şirkəti Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 4,738 mln. manat təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR