Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Express Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 31,583 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 32,6% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın xərcləri 71,7% artaraq 21,116 mln. manata çatıb.
Bankdan bildirilib ki, ötən ilin yekununda bank 10,467 mln. manat həcmində mənfəət əldə edib və bu, 2011-ci ilin analoji göstəricisindən (11,523 mln. manat) 9,2% azdır.
Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 23,095 mln. manat, qeyri-faiz gəlirləri 8,487 mln. manat, faiz xərcləri 4,459 mln. manat, qeyri-faiz xərcləri isə 16,657 mln. manata bərabər olub. Nəticədə, ötən ilin yekununda bankın faiz mənfəəti 57,6%, qeyri-faiz zərəri isə 27,3 dəfə artıb.