Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Expressbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. «APA-Economics»in xəbər verdiyi kimi, AZ1004005406 qeydiyyat nömrəsi olan səhm emissiyasının həcmi 14 300 107,6 manat təşkil edir.
Ümumilikdə, emissiya 52 343 səhmdən ibarətdir, bir səhmin nominal dəyəri 273,20 manatdır. Kütləvi yerləşdirmə üsulu ilə Bakı Fond Birjasında keçiriləcək yerləşdirmədə anderrayter rolunda «Unikapital» şirkəti çıxış edəcək.
Beləliklə, yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 16,4% artaraq 101 707 437,6 manata çatacaq.