Bank Of Baku

«FinansLizinq» yeni istiqraz emissiyasına hazırlaşır

«FinansLizinq» yeni istiqraz emissiyasına hazırlaşır
# 30 yanvar 2013 14:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «FinansLizinq» ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, qeydiyyat nömrəsi AZ2011006577 olan bu emissiyanın həcmi 400 min manatdır.

 

Bir istiqrazın nominal dəyəri 500 manat təşkil edir. İstiqrazların tədavül müddəti 720 gün, gəlirlik illik 14%-ə bərabərdir, faiz ödəniş dövrünün müddəti isə 90 gündür.

 

Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək yerləşdirmədə anderrayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edəcək.  

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR