Bakı. Vahab Rzayev – APA-Economics. «FINCA Azerbaijan» bank olmayan kredit təşkilatı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə yeni kampaniyaya başlayır. Təşkilatın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, martın 1-dən 15-dək «FINCA»dan kredit götürən bütün xanımlara kredit faizlərində 2% güzəşt ediləcək.
Kampaniya müddətində kənd təsərrüfatı, istehsalat, ticarət və xidmət sahələrində çalışan bütün xanımlar asan sənədləşmə ilə, qısa müddət ərzində 50 min dollar məbləğinə qədər kreditlər ala bilər.
«FINCA Azerbaijan» ölkə ərazisində 30 filial və 34 ofisi vasitəsilə 135 min nəfərdən çox müştəriyə maliyyə xidmətləri göstərir. «FINCA Azerbaijan»ın ümumi kredit portfeli 153 mln. dollardan artıqdır.