Bank Of Baku

«Fitch Ratings» agentliyi Azərbaycanın 4 kommersiya bankının reytinqini təsdiq edib

«Fitch Ratings» agentliyi Azərbaycanın 4 kommersiya bankının reytinqini təsdiq edib
# 14 mart 2013 10:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Unibank» və «DəmirBank» ASC-lərin reytinqini «B» səviyyəsində, «Atabank» və «AGBank» ASC-lərin reytinqlərini isə «B-» səviyyəsində təsdiqləyib. «APA-Economics»in xəbər verdiyi kimi, Agentliyin rəsmi məlumatına əsasən, «AGBank»ın reytinqi üzrə proqnoz «neqativ», digər üç bank üzrə isə «sabit»dir.

 

Məlumatda deyilir ki, bankların reytinqlərinin təsdiq edilməsi ölkədəki makroiqtisadi sabitliyi, neft bazarında əlverişli konyunkturun olduğunu əks etdirir. Həmçinin, bank sahəsində likvidliyin yüksək olması da müsbət rol oynayıb.

 

Məlumatda qeyd edilir ki, «Unibank», «DəmirBank» və «Atabank»da aktivlərin keyfiyyət göstəriciləri sabitdir, «AGBank»da isə problemli kreditlərin xüsusi çəkisinin 15% olması səbəbindən vəziyyət bir qədər fərqlidir. Hər 4 bank kredit portfelinin artması ilə əlaqədar olaraq kapitala təzyiqlə üzləşir və bu, «Atabank» və «AGBank» üzrə daha qabarıq müşahidə olunur, çünki bu iki bank üçün Mərkəzi Bankın minimal tələbinə cavab vermək üçün kapitalın artırılması zəruridir. Eyni zamanda bildirilir ki, hər iki bank bu məsələ ilə bağlı səhmdarları ilə artıq müvafiq razılaşmalar əldə edib. «AGBank» üzrə proqnozun «neqativ» olması bankın maliyyə mövqelərinin müəyyən dərəcədə zəifləməsi ilə bağlıdır.

 

Agentliyin ekspertlərinin fikrincə, bu bankların reytinqlərinin yüksəldilməsi potensialı hazırda məhduddur. Reytinqlərin endirilməsinə isə ölkədəki makroiqtisadi vəziyyətin pisləşməsi və ya bankların kapitallaşmalarında və likvidliyində mövqelərinin zəifləməsi kimi təsir edən amillərin mümkünlüyü çox aşağı qiymətləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR