Bank Of Baku

«Gəncəbank» ilk yarımili mənfəətlə başa vurub

«Gəncəbank» ilk yarımili mənfəətlə başa vurub
# 14 avqust 2013 10:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın “Gəncəbank” ASC 2013-cü ilin I yarımilliyində əldə etdiyi gəlirlərin həcmi 1,558 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 68,6% çoxdur.

 

Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 24,5% azalaraq 1,316 mln. manata düşüb.

 

Bankın hesabatına əsasən, yarımillik ərzində bank 241 min manat həcmində mənfəət əldə edib. Ötən ilin yanvar-iyun ayları üzrə bankın 818 min manat həcmində zərər müşahidə olunub.

 

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 1,420 mln. manat, qeyri-faiz gəlirləri 0,137 mln. manat, faiz xərcləri 0,935 mln. manat, qeyri-faiz xərcləri isə 0,373 mln. manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR