Bank Of Baku

«Günay Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Günay Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 29 mart 2013 13:07 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Günay Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.


Komitədən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 2 200 ədəd, emissiyanın ümumi həcmi isə 2,2 mln. manat təşkil edir. Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 52,4% artaraq 6,4 mln. manata çatacaq.


Xatırladaq ki, «Günay Sığorta» şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkət əvvəllər xarici kapitallı yerli hüquqi şəxs formasında fəaliyyət göstərib. Belə ki, şirkətin nizamnamə kapitalının 51%-ni yerli, 49%-ni xarici kapital təşkil edib. Lakin nizamnamə kapitalında edilən dəyişikliyə əsasən, «Günay Sığorta» 100%-li yerli şirkətə çevrilib. Hazırda şirkətin səhmdarları sırasına «Günay Bank» (34,62%) və iki yerli fiziki şəxs (65,38%) daxildir. «Günay Sığorta»nın hazırkı nizamnamə kapitalı 4,2 mln. manat təşkil edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR