Bank Of Baku

«Joint Leasing» nizamnamə kapitalını artırır

«Joint Leasing» nizamnamə kapitalını artırır
# 01 avqust 2013 14:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Joint Leasing» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb. QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 360 manat, sayı 3 500 ədəd, emissiyanın ümumi həcmi isə 1,260 mln. manat təşkil edir. Emissiya lizinq şirkətinin hər birinin nominal dəyəri 200 manat olan 3 500 ədəd (ümumi həcmi 700 min manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Konvertasiya nəticəsində şirkətin nizamnamə kapitalı 80% artaraq 1,260 mln. manata çatacaq. Qeyd edək ki, «Joint Leasing» şirkəti 2007-ci il iyunun 14-dən etibarən «Azərlizinq» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərməyə başlayıb. Şirkətin təsisçiləri Böyük Britaniyanın «DH Leasing Ltd.» şirkəti (52,4%) və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). Hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR