Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivləri 2013-cü ilin avqustun 1-nə 1 065,9 mln. manat, kredit portfeli 761,6 mln. manat təşkil edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində müşahidə edilən azalma irihəcmli layihələr üçün cəlb edilmiş kreditlərin ödənilməsi ilə bağlıdır.
Bankın cəlb etdiyi vəsaitlərin həcmi 521,9 mln. manat, o cümlədən əhalinin əmanətləri 108,4 mln. manat təşkil edib.
Yanvar-iyul ayları üzrə bankın ümumi gəlirləri 70,4 mln. manat, o cümlədən faiz gəlirləri 42,8 mln. manat, qeyri-faiz gəlirləri 27,6 mln. manat təşkil edib. İlin əvvəlindən bankın əldə etdiyi mənfəət 15,3 mln. manata bərabər olub.
Hesabat dövründə bankın aktiv ödəniş kartlarının sayı 2 231 101, bankomatların sayı 478, POS-terminalların sayı isə 534 olub.