Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Kapital Bank» ASC-nin nominal dəyəri 10 manat, sayı 7 mln. ədəd, ümumi həcmi isə 70 mln. manat olan adi sənədli adlı səhmlərinin emissiya prospekti dövlət qeydiyyatına alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.
Beləliklə, yerləşdirmənin uğurla həyata keçirilməsi nəticəsində «Kapital Bank»ın nizamnamə kapitalı 87,5% artırılaraq 150 mln. manata çatdırılacaq.