Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC «5 İllik Müddətli Seçim» əmanətini müştərilərə təklif edib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu əmanət növü 5 il ərzində daha çox qazanc götürmək imkanı yaradır.
Şərtlərə görə, banka qoyulan minimal məbləğ 500
Vəsait müəyyən edilmiş müddətdən tez çıxarıldıqda faizlər saxlanılma müddətindən asılı olaraq, müxtəlif faiz əmsallarına uyğun hesablanıb ödənilir. Bu barədə daha ətraflı məlumatı bankın www.kapitalbank.az internet səhifəsindən və 196 nömrəli müştəri xidmətləri nömrəsindən öyrənmək olar.