Bank Of Baku

«Kredo Bank»ın depozit portfeli ötən il 17% artıb

«Kredo Bank»ın depozit portfeli ötən il 17% artıb
# 19 fevral 2013 12:07 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 98,768 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,4% artaraq 81,513 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 15,554 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə nisbətən 7,2% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi il ərzində 1,9 dəfə artaraq 21,006 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə 11,7 faiz bəndi artaraq 25,7%-ə çatıb.

 

Bankın depozit portfeli 2012-ci ildə 17,4% artaraq 16,216 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 14,945 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 8,7% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 32,2% artaraq 29,840 mln. manat, o cümlədən nizamnamə kapitalı 34,1% artaraq 27,540 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 9,3% artaraq 30 992, o cümlədən fiziki şəxslərin sayı 9,9% artaraq 27 966, hüquqi şəxslərin sayı 4,0% artaraq 3 026 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il yanvarın 1-nə 358-ə bərabər olub ki, bu da illik müqayisədə 7,7% azdır. O cümlədən, debet kartların sayı 2012-ci ildə 0,6% artaraq 322-yə, kredit kartların sayı 1,9 dəfə azalaraq 36-ya çatıb.

 

Hazırda bankın ölkə üzrə 16 filialı, 6 bankomatı, 70 POS-terminalı fəaliyyət göstərir. Bankın 191 işçisi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR