Bank Of Baku

«Muğan Bank»ın mənfəəti son bir ildə 19% azalıb

«Muğan Bank»ın mənfəəti son bir ildə 19% azalıb
# 31 yanvar 2013 12:52 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 39,432 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 22,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 31,7% artaraq 34,433 mln. manata çatıb.

 

Nəticədə, 2012-ci ildə bank 4,999 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 18,7% azdır.

 

Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 26,739 mln. manat, qeyri-faiz gəlirləri 12,693 mln. manat, faiz xərcləri 11,781 mln. manat, qeyri-faiz xərcləri isə 14,409 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 38,4% artıb, qeyri-faiz zərəri isə 2,4% azalıb.

 

Xatırladaq ki, «Muğan Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR