Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «NBC Bank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 150,25 manat, sayı 149 984 ədəd, emissiyanın ümumi həcmi isə 22 535 096 manat təşkil edir. Səhmlər «NBC Bank»ın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 130,24 manat olan 149 984 ədəd və 19 533 916,16 manatlıq) adi adlı sənədsiz səhmlərinin yeni parametrlərə konvertasiyası yolu yerləşdiriləcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 15,4% artaraq 22 535 096 manata çatacaq.
Qeyd edək ki, «NBC Bank» 1992-ci ildə «Ruzi Bank» Kommersiya Bankı kimi yaradılıb. Bankın brendi 2002-ci ildə dəyişdirilib.