Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «Nikoil Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 37,110 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 12,3% çoxdur.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın xərcləri 13,0% artaraq 34,856 mln. manata çatıb.
Bankdan bildirilib ki, ötən ilin yekununda bank 2,254 mln. manat həcmində mənfəət əldə edib və bu, 2011-ci ilin analoji göstəricisindən (2,169 mln. manat) 3,9% çoxdur.
Qeyd edək ki, bankın faiz gəlirləri 33,269 mln. manat, qeyri-faiz gəlirləri 3,841 mln. manat, faiz xərcləri 15,108 mln. manat, qeyri-faiz xərcləri isə 19,092 mln. manata bərabər olub. Nəticədə, ötən il bankın faiz mənfəəti 11,0%, qeyri-faiz zərəri isə 10,1% artıb.