Bakı - APA-Economics. «Parabank» ASC əlverişli şərtlərlə «Lombard krediti al - hədiyyə qazan!» aksiyasına başlayıb.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, aksiya çərçivəsində müştərilər girovun 200%-i həcminədək, həmçinin, hədiyyə qazanaraq «Lombard +» kreditini əldə edə bilərlər.
Bununla yanaşı, 301-600 manat kredit alan müştəriyə 1 manatlıq, 601-1000 manat kredit alana 2 manatlıq, 1001 manatdan artıq isə 3 manatlıq telefon danışıq kartları hədiyyə ediləcək.
Müştərilər bankın filiallarına yaxınlaşaraq 10 dəqiqə ərzində krediti ala bilərlər. Bukredit məhsulu üzrə FİFD minimum 29,9%, maksimum 49,6% təşkil edir.
Həmçinin, təcili pul köçürmələri və kommunal ödənişlər edənlərə danışıq kartı verilir.
Əlavə məlumat üçün 139 telefon xidmətindən istifadə etmək olar.