Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın «Parabank» ASC təminatsız sənədsiz adlı faizli istiqrazlarının yerləşdirilməsinə başlayıb. Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 6 min ədəd, emissiyanın ümumi həcmi isə 6 mln. manat təşkil edir. Sözügedən qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilir.
İstiqrazların dövriyyə müddəti 5 il, gəlirliyi illik 15%, faizlərin ödəniş dövrünün müddəti isə 3 aydır.
Qeyd edək ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Ötən ilin oktyabrın 1-nə bankın aktivləri 109,335 mln. manat, kredit portfeli 79,872 mln. manat, depozit portfeli 62,864 mln. manat, məcmu kapitalı 16,239 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib.