Bank Of Baku

«Parabank»ın faiz mənfəəti son bir ildə 15% artıb

«Parabank»ın faiz mənfəəti son bir ildə 15% artıb
# 06 mart 2013 14:38 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 19,441 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 2,0% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 9,6% azalaraq 17,502 mln. manata enib.

 

Bankdan bildirilib ki, ötən ilin yekununda bank 1,940 mln. manat həcmində mənfəət əldə edib, halbuki 2011-ci ilin 293 min manatlıq zərərlə başa vurub.

 

Qeyd edək ki, bankın faiz gəlirləri 15,323 mln. manat, qeyri-faiz gəlirləri 4,118 mln. manat, faiz xərcləri 9,152 mln. manat, qeyri-faiz xərcləri isə 8,350 mln. manata bərabər olub. Nəticədə, ötən ilin yekununda «Parabank»ın faiz mənfəəti 14,8% artıb, qeyri-faiz zərəri isə 8,7% azalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR