Bank Of Baku

«PAŞA Sığorta» şirkətinin yeni regional nümayəndəliyi açılıb

«PAŞA Sığorta» şirkətinin yeni regional nümayəndəliyi açılıb
# 10 sentyabr 2013 10:56 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Sığorta» şirkətinin ölkə üzrə sayca 9-cu olan nümayəndəliyinin açılışı olub. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni nümayəndəlik Gəncə şəhərinin N.Nərimanov küçəsi,24B ünvanında müştərilərin xidmətinə verilib və sığorta xidmətlərinin bütün növlərini həyata keçirməyə, həmçinin yeni sığorta şəhadətnamələrinin qeydiyyatı və sığorta hadisələrinin «PAŞA Sığorta»nın peşəkar nümayəndələri tərəfindən operativ həll olunmasına imkan verir. Gəncə nümayəndəliyinə Atatürk prospekti 20, (0 222) 66 29 57 nömrəli telefonla müraciət etmək olar.

 

Nizamnamə kapitalı və aktivlərinin həcminə görə sığorta bazarında lider olan «PAŞA Sığorta» şirkəti müştərilərə daha rahat və operativ xidmət göstərmək üçün bütün ölkə üzrə nümayəndəliklər şəbəkəsini genişləndirməyi planlaşdırır. Hazırda şirkət Bakı, Gəncə, Sumqayıt və Şirvan şəhərləri ilə yanaşı, Naxçıvan, Tərtər, Şamaxı, Quba, Lənkəran və Şəki rayonlarında da fəaliyyət göstərir.

 

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan şirkət korporativ və fərdi müştərilərə 31 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 40 mln. manat və cari aktivlərinin dəyəri 73 mln. manat olmaqla, «PAŞA Sığorta» kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrarsığorta bazarlarının ilk üçlüyündə mövqelərini gücləndirib.

 

«PAŞA Sığorta» şirkəti və sığorta xidmətləri haqqında daha ətraflı məlumat almaq üçün www.pasha-insurance.az internet səhifəsinə və ya Sığorta Məsləhət Xəttinə, korporativ müştərilər üçün (050/055) 263 88 08) və fərdi müştərilər üçün (050/055) 227 88 00 nömrəli telefon vasitəsilə müraciət etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR