Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Pasha Bank» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 58,701 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin analoji göstəricisindən 31,0% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində zamanda bankın xərcləri 25,5% artaraq 32,043 mln. manata çatıb.
Beləliklə, ötən ilin yekununda bank 26,658 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 38,3% çoxdur.
Qeyd edək ki, 2012-ci ildə «Pasha Bank»ın faiz gəlirləri 47,563 mln. manat, qeyri-faiz gəlirləri 11,138 mln. manata bərabər olub. Ötən il bankın faiz gəlirləri 25,9%, qeyri-faiz xərcləri isə 58,6% artıb.