Bank Of Baku

«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 23% artıb

«Qafqaz İnkişaf Bankı»nın aktivləri son bir ildə 23% artıb
# 22 yanvar 2014 11:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Qafqaz İnkişaf Bankı» ASC-nin aktivlərinin həcmi 2014-cü il yanvarın 1-nə 127,872 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 22,7% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 21,3% artaraq 116,008 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 22,422 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin yanvarın 1-nə nisbətən 6,7% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi ötən il 1,9% artaraq 0,165 mln. manata çatıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 0,03 faiz bəndi azalaraq 0,14%-ə düşüb.

 

Bankın depozit portfeli keçən il 31,3% azalaraq 7,681 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 1,007 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 4,7 dəfə azdır.


Ötən ildə bankın məcmu kapitalı 81,2% artaraq 55,988 mln. manat, o cümlədən nizamnamə kapitalı 83,1% artaraq 55,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,4 dəfə artaraq 7 048, o cümlədən fiziki şəxslərin sayı 2,7 dəfə artaraq 6 418, hüquqi şəxslərin sayı 8,3% artaraq 630 olub.

 

Hazırda bankın ölkə üzrə 3 filialı, 1 bankomatı, 4 POS-terminalı fəaliyyət göstərir. Bankın 64 işçisi var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR