Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz Leasing» ASC-nin faizli sənədsiz adlı təmin edilməmiş istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 500 ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.
Xatırladaq ki, təsisçiləri «NAB» Şirkətlər Qrupu (50%) və «Metin Ltd.» şirkəti (50%) olan «Qafqaz Leasing» ASC 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir.