Bank Of Baku

«Rabitəbank» nizamnamə kapitalını artırır

«Rabitəbank» nizamnamə kapitalını artırır
# 25 yanvar 2013 14:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Rabitəbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

 

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 492 854 ədəd, emissiyanın ümumi həcmi isə 10 000 007,66 manat təşkil edir.

 

Səhmlərin kütləvi təklif üsulu ilə yerləşdirilməsinə yaxın vaxtlarda başlanacağı gözlənilir. Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 28,6% artaraq 45 mln. manata çatacaq.

 

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın nizamnamə kapitalının həcmi 35 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR