Bank Of Baku

«Rabitəbank» yeni səhm emissiyasının yerləşdirməsinə başlayır

«Rabitəbank» yeni səhm emissiyasının yerləşdirməsinə başlayır
# 07 fevral 2013 13:32 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Fevralın 11-də Bakı Fond Birjasında (BFB) «Rabitəbank» ASC-nin əlavə emissiya etdiyi səhmlərin yerləşdirilməsinə başlanılacaq.

 

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı 492 854 ədədə, emissiyanın ümumi həcmi isə 10 000 007,66 manat təşkil edir. Sözügedən qiymətli kağızların yerləşdirilməsində anderrayter rounda «Chelsea Capital» çıxış edəcək. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 28,6% artaraq 45 mln. manata çatacaq.

 

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın nizamnamə kapitalının həcmi 35 mln. manat təşkil edib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR